Azərbaycan millisi EEVZA çempionatında iştirak etmək üçün Gürcüstana yollanıb
- 19 noyabr, 2025
- 09:43
Azərbaycanın 18 yaşadək qız voleybolçulardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Gürcüstanın Telavi şəhərinə yola düşüb.
"Report" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv A qrupunda Polşa və Gürcüstan ilə qarşılaşacaq.
Milli ilk oyununu noyabrın 20-də Polşaya qarşı keçirəcək.
Baş məşqçi Şahin Çatma, məşqçilər Həmid Anvari, Zihni Türkay Taylan və Serim Birolun rəhbərliyi altında turnirdə 14 voleybolçu mübarizə aparacaq: Çinarə Rəhimova, Fatimə Əliyeva, Dilarə Ağayeva, Ulyana Kovalyova, Nuray Vahablı, Mədinə Əlibəyova, Ayan Məmmədova, Çinarə Yusubova, Fatimə Mirzəyeva, Zeynəb Quluzadə, Xədicə Hadızadə, Leyla Əliyeva, Aydan Mirzəyeva, Nəzrin Məmmədli.
Qeyd edək ki, noyabrın 20–23-ü aralığında təşkil olunacaq yarış AVRO-2026-ya seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqə əldə edəcək.