Füzulidə avtomobil 67 yaşlı kişini vuraraq öldürüb

Hadisə
  • 15 iyun, 2026
  • 09:38
Füzulidə avtomobil 67 yaşlı kişini vuraraq öldürüb

Füzulidə avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun FİN qəsəbəsində qeydə alınıb.

Asif Balabəyov idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quluyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.