Bakı metrosundan yanvarda 18 milyona yaxın sərnişin istifadə edib
- 04 fevral, 2026
- 20:14
Bu ilin yanvar ayında "Bakı Metropoliteni" QSC-dən 17 milyon 595 min 572 sərnişin istifadə edib.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % azdır.
Ötən ay ən çox "Koroğlu" stansiyasından istifadə edilib: 1 milyon 589 min 834 sərnişin. Sonrakı yerlərdə "28 May" (1 milyon 455 min 487), "20 Yanvar" (1 milyon 399 min 91), "Nərimanov" (1 milyon 262 min 40) və "Gənclik" (1 milyon 168 min 619) stansiyaları qərarlaşıb. 1 milyon 16 min 596 sərnişin "Neftçilər", 1 milyon 13 min 477 sərnişin "Elmlər Akademiyası", 902 min 682 sərnişin "Əhmədli", 871 min 809 sərnişin "İnşaatçılar", 809 min 825 sərnişin isə "Sahil" stansiyalarından istifadə edib.
Ay ərzində sərnişinlərin 30 %-i və yaxud 5 milyon 136 min 191 sərnişin ödənişi NFC vasitəsilə edib. Bu, ötən ilin dekabr ayı ilə müqayisədə 1,3 % çoxdur.