CAR-da ildırım düşüb, iki nəfər ölüb, 150-si yaralanıb
Digər ölkələr
- 04 yanvar, 2026
- 20:52
Cənubi Afrika Respublikasının (CAR) şimalında keçirilən bayram tədbiri zamanı ildırım düşməsi nəticəsində iki nəfər ölüb, təxminən 150 nəfər yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə yerli EWN radiostansiyası Şimal-Qərb əyalətinin səhiyyə orqanlarına istinadən məlumat yayıb.
Hadisə paytaxt Pretoriyadan 70 kilometr şimalda yerləşən Dertiq qəsəbəsində baş verib. İnsanlar ənənəvi musiqi və rəqs festivalına toplaşanda ildırım çaxmağa başlayıb və izdihamı ildırım vurub.
Radiostansiyanın məlumatına görə, 13 nəfərin vəziyyəti ağırdır. Hazırda ümumilikdə 49 nəfər xəstəxanadadır. Qalanları tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Hazırda CAR-da tez-tez və qeyri-adi şiddətli ildırımlarla xarakterizə olunan yağışlı mövsümdür.
Son xəbərlər
17:19
Dəməşqdə baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr17:19
Konqoda Ebola virusundan 438 ölüm halı qeydə alınıb
Digər ölkələr17:13
"Mançester Siti" İngiltərə millisinin futbolçusu Elliot Andersonun transferini açıqlayıb
Futbol17:12
ADB Azərbaycanın nəqliyyat sektorunda emissiyaların azaldılması ilə bağlı şərtləri açıqlayıb
İnfrastruktur17:07
Polşada dörd gənc kütləvi terror aktları hazırlamaqda ittiham olunur
Digər ölkələr16:59
Foto
"Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar
Mədəniyyət siyasəti16:57
Manə Mollayeva millidə futbolçu və məşqçilik fəaliyyətini paralel davam etdirəcək
Futbol16:54
Mərkəzi Bank Dünya Bankı ilə əməkdaşlığın prioritetlərini müzakirə edib
Maliyyə16:53