"Turan Bank"ın nizamnamə kapitalı 75 milyon manata çatdırılacaq
İnfrastruktur
- 05 dekabr, 2020
- 10:00
“Turan Bank” ASC-nin səhmdarları Bankın nizamnamə kapitalını daha 4 998 840 və yaxud 7,14 % artıraraq 70 004 318 manatdan 75 003 158 manata çatdırmağa qərar verib.
“Report” xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 082 manat olan 4 620 ədəd yeni adi, sənədsiz, adlı səhm buraxılacaq.
Qiymətli kağızları mövcud səhmdarların alacağı və yaxud kredit təşkilatına yeni səhmdar cəlb ediləcəyi hələ ki, məlum deyil.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 57,8 %-i 20 fiziki şəxsə, 42,2 %-i isə 8 hüquqi şəxsə məxsusdur.
Bu il noyabrın 6-sı saat 15:00-da “Turan Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilməli idi. Yığıncağın gündəliyi açıqlanmamışdı.
Son xəbərlər
03:14
"Tasnim": İranın PUA-sı əlaqə kəsilməzdən əvvəl bütün məlumatlarını ötürüb
Digər ölkələr02:43
Video
Qərbi Azərbaycan Xronikası: Beşbarmaq Gorus rayonu ərazisində qışlaq adıdır
Daxili siyasət02:17
Estoniya Rusiyaya istiqamətlənən yük gəmisini saxlayıb
Digər ölkələr01:35
Məcnun Məmmədov: Kənd təsərrüfatında süni zəkanın tətbiqi üzərinə çalışırıq
Daxili siyasət01:07
Foto
Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib
Xarici siyasət01:04
Azərbaycanda ötən il ümumi taxıl istehsalı 3 faiz artıb
ASK00:39
Məcnun Məmmədov: Bəzi bölgələrdə ciddi baytar çatışmazlığı yaşayırıq
ASK00:16
Azərbaycanda istehsal olunan pambığın ixrac səbəbi açıqlanıb
ASK00:00
Foto