Şəmkirdə su kəmərində baş vermiş qəza aradan qaldırılıb
İnfrastruktur
- 29 avqust, 2025
- 12:07

Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasının 2-ci kilometrində hidro təzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub.
Bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Məlumata görə, qəzanın baş verdiyi andan etibarən Şəmkir Maşın-Kanalının İstismarı İdarəsi dərhal tədbirlər görüb və qəza aradan qaldırılıb. Hazırda borunun təmiri və bərpası istiqamətində işlər davam etdirilir.
Boru vasitəsilə ötürülən su suvarma məqsədilə istifadə olunur və qəza nəticəsində nə əkin sahələrinə, nə də mülki şəxslərə hər hansı zərər dəyməyib. Ətrafa axan su nasos stansiyanın suqəbuledici qurğusuna istiqamətlənib.
Son xəbərlər
15:50
Lautaro Martines millidə vurduğu qolların sayında Maradonanı qabaqlayıb
Futbol15:47
Foto
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİB
Xarici siyasət15:40
İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib
Daxili siyasət15:38
Foto
Məşhur italyan şef-aşpaz Bakıda ustad dərsi keçib
Mədəniyyət15:36
DTX və DSX Azərbaycan-İran sərhədində əməliyyat keçirib
Hadisə15:33
Azərbaycan Premyer Liqasında XI tur "Zəfər turu" adlanacaq
Futbol15:29
Foto
Cəlilabadda əmək yarmarkası keçirilib
Sosial müdafiə15:26
Britaniya Rusiyanın iki neft şirkətinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr15:26