Sədr: "Qarabağ və Şərqi Zəngəzurdakı SES-lər karbon emissiyasını 620 min ton azaldıb"

İnfrastruktur
  • 01 oktyabr, 2025
  • 15:03
Sədr: Qarabağ və Şərqi Zəngəzurdakı SES-lər karbon emissiyasını 620 min ton azaldıb

4 ildən də az müddətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 38 su elektrik stansiyası (SES) istifadəyə verilib, bu isə 620 min ton karbon emissiyasının azalmasına kömək edib.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) 3-cü günündə bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda -"sıfır emissiya zonası" elan edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirir: "Urban planlaşdırmada bütün davamlılıq prinsipləri nəzərə alınır ki, bu ərazilərdə tikilən mühit sağlam və dayanıqlı olsun".

Sədr vurğulayıb ki, bu regionlarda 12 şəhər üçün Baş Plan hazırlanır, onlardan 8-i artıq müasir urban və ekoloji prinsiplərlə tamamlanıb, 90 kənd və qəsəbənin planlaşdırılması aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti