Qazaxıstana məxsus konteyner gəmisi Bakı Limanındadır
İnfrastruktur
- 10 mart, 2021
- 12:03
Qazaxıstanın “Kazmortransflot” şirkətinə məxsus "Barys" konteyner gəmisi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Aktau limanından Bakı limanına gəlib.
"Report" bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə (Bakı Limanı) istinadən xəbər verir.
Məlumata görə, bu gün səhər saatlarında Azərbaycan paytaxtına çatan gəmidən konteynerlər sürətli şəkildə aşırılır. Bu gəmi vasitəsi ilə ilk səfər çərçivəsində 125 konteyner daşınıb ki, onlardan 123-ü ölkəmizdən tranzit keçməklə dəmir yolları ilə Türkiyə və İtaliyaya daşınacaq, 2 konteyner isə idxal üçün nəzərdə tutulub. Bu konteynerlərin 85 ədədində tomat pastası, digər konteynerlərdə isə qarışıq məhsullar daşınır.
Son xəbərlər
07:12
Yaponiyanın maliyyə naziri: ABŞ G20 ölkələrini İrana qarşı sanksiya təzyiqi göstərməyə çağırıb
Digər ölkələr06:36
NYP: ABŞ-nin keçmiş prezidenti Baydenin oğlunun 20 milyon dollardan çox borcu yaranıb
Digər ölkələr06:04
Livan ordusu İsrailin atəşkəsi pozduğunu bildirib
Digər ölkələr05:35
"Reuters": Pentaqon "SpaceX" peyk şəbəkəsindən kritik asılılıq aşkar edib
Digər ölkələr05:04
Foto
BMT-də yenidənqurmada minatəmizləmənin rolu ilə bağlı Azərbaycanın təcrübəsindən bəhs edilib
Xarici siyasət04:41
Livan ordusu atəşkəsdən sonra paytaxtda patrul xidmətinə başlayıb
Digər ölkələr04:06
ÜST meymunçiçəyi ilə bağlı Moskvadakı vəziyyəti izləyir
Region03:33
BVF Venesuela ilə əməkdaşlığı bərpa edib
Maliyyə03:02