"Moody's" Azərbaycanın uzunmüddətli iqtisadi perspektivlərinin güclənməsinin əsas amillərini açıqlayıb

İnfrastruktur
  • 05 dekabr, 2025
  • 18:35
Moody's Azərbaycanın uzunmüddətli iqtisadi perspektivlərinin güclənməsinin əsas amillərini açıqlayıb

Azərbaycanın nəqliyyat-logistika qovşağı kimi potensialı iqtisadi şaxələndirmə üçün əlavə imkanlar yarada bilər.

"Report" "Moody's" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın iqtisadi dayanıqlığının qiymətləndirilməsi neft-qaz sektorundan asılılığın davam etməsinə baxmayaraq, növbəti 12-18 ay ərzində davamlı artım perspektivlərini əks etdirir.

Agentliyin məlumatına görə, ölkənin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) əsas həlqəsi kimi güclənən rolu, həmçinin Qarabağ və Şərqi Zəngəzurun davamlı inkişafı uzunmüddətli iqtisadi perspektivləri dəstəkləyir və diversifikasiya potensialını gücləndirə bilər.

"Moody's" Azərbaycanda real ÜDM-in 2024-cü ildə 4,1 % artımından sonra 2025-ci ildə 1,5 %-ə qədər yavaşlamasını proqnozlaşdırır. Bu, yüksək baza effekti və qlobal ticarətdə qeyri-müəyyənlik və geosiyasi dəyişkənlik fonunda xarici konyunkturanın zəifləməsi ilə bağlı risklərlə əlaqədardır.

Ortamüddətli perspektivdə agentlik qeyri-neft sektorunun artımının nəqliyyat-logistika sahəsində imkanların və fəallığın artması ilə dəstəklənəcəyini gözləyir. TBNM daxil olmaqla əsas marşrutlar investisiyaları cəlb etməyə və iqtisadiyyatın müxtəlif sektorları üçün müsbət əlavə effektlər yaratmağa davam edir.

"Moody's" həmçinin qeyd edir ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri böyük həcmli kapital qoyuluşları və tikinti fəaliyyəti hesabına iqtisadi dinamikaya təkan verir. Paralel olaraq külək və günəş enerjisi sahəsində layihələrin inkişafı xarici investisiya axınına töhfə verir və gələcəkdə təmiz enerji ixracından gəliri təmin edə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti