Maştağadakı Abşeron suvarma kanalında minlərlə balığın ölümü araşdırılır
İnfrastruktur
- 12 noyabr, 2025
- 13:22
Abşeron suvarma kanalının Maştağadan keçən hissəsində minlərlə balığın naməlum səbəbdən öldüyü müşahidə edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzi məlumat verib.
Bildirilib ki, balıq tələfatı ilə bağlı monitorinqlər aparılır:
"Məsələ ilə bağlı ilkin məlumatlar əsasında aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib, Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən sudan nümunələr götürülüb. Eyni zamanda, balıq nümunələri toplanaraq laborator müayinəyə təqdim edilib".
Qeyd olunub ki, səbəblərin müəyyənləşdirilməsi istiqamətində birgə araşdırmalar davam etdirilir.
Son xəbərlər
18:47
Aİ-nin komissarı: Rusiyaya qarşı razılaşdırılmış sanksiyalar daha yaxşı işləyir
Digər ölkələr18:45
"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb
Futbol18:33
"The National": "Tramp marşrutu" Naxçıvan üçün yeni perspektivlər açır
Region18:30
Azərbaycan və Almaniya iqlim təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə edib
Ekologiya18:29
Avtobus dayanacağında çantasını unudan şəxsin qızılları oğurlanıb
Hadisə18:20
Milli Aviasiya Akademiyasında "Ansys" proqramı ilə rəqəmsal modelləşdirmə genişlənir
İKT18:17
Foto
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
Xarici siyasət18:11
Foto
Azərbaycan ilə Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb
Elm və təhsil18:05