Azərbaycan daha bir ölkəyə makaron tədarük etməyə başlayıb
- 17 fevral, 2026
- 18:05
Ötən il Azərbaycan 9,6 milyon ABŞ dolları dəyərində 14 min 572 ton makaron məmulatları (kuskusdan başqa) ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 88 %, kəmiyyət olaraq – 73 % çoxdur.
Hesabat dövründə Azərbaycan İsrailə 7,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 dəfə çox) 10 min 429 ton (+3 dəfə), Gürcüstana 1,9 milyon ABŞ dolları dəyərində (+12 %) 3 min 165 ton (+14 %), İraqa 197,5 min ABŞ dolları dəyərində (-71 %) 433 ton (-73 %), Amerika Birləşmiş Ştatlarına 105 min ABŞ dolları dəyərində 124 ton (5 il 10 aydan sonra tədarük bərpa edilib), Liviyaya 94 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 122 ton (+2,7 dəfə) məhsul satıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Keniyaya tədarük (45 min ABŞ dolları dəyərində 66,2 ton) həyata keçirilib.