Lu Mey: Çin elmi-texniki nailiyyətlərini Azərbaycanla bölüşməyə hazırdır

İnfrastruktur
  • 05 noyabr, 2025
  • 16:06
Lu Mey: Çin elmi-texniki nailiyyətlərini Azərbaycanla bölüşməyə hazırdır

Çin elmi-texniki innovasiyalar sahəsindəki öz nailiyyətlərini dünya ictimaiyyəti, o cümlədən Azərbaycanla bölüşməyə hazırdır.

"Report"un məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Azərbaycan Dillər Universitetində bildirib.

Qeyd edilib ki, buraya xüsusilə rəqəmsal infrastruktur, süni intellekt və qabaqcıl texnologiyalar kimi istiqamətlər daxildir.

Diplomat bildirib ki, texnoloji qarşılıqlı fəaliyyət ilə yanaşı, nəqliyyat və qarşılıqlı əlaqə sahəsində əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət kəsb edir.

O, Azərbaycanın bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olduğunu xatırladıb. Səfir Bakının Şərq və Qərb arasında nəqliyyat və logistika marşrutlarının inkişafında əsas rolunu vurğulayıb.

"Biz öz tərəfimizdən Azərbaycanla birlikdə "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində tərəfdaşlığı irəlilətməyə və onu yüksək keyfiyyətli inkişafın yeni mərhələsinə çatdırmağa hazırıq", - Lu Mey vurğulayıb.

"İnfrastruktur əlaqələrinin inkişafı "Bir kəmər - bir yol" təşəbbüsünün əsasını təşkil edir və biz "China–Europe Railway Express" əsasında əlaqələrin gücləndirilməsi, həmçinin Avrasiya materiki və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yeni logistika marşrutlarının açılması üzərində tərəfdaşlarla birgə işi davam etdirəcəyik. Bütün bunlar regionumuzda çoxölçülü qarşılıqlı əlaqə şəbəkəsinin yaradılmasına yönəlib", - diplomat qeyd edib.

Onun sözlərinə görə, Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın parlaq və perspektivli gələcəyi var: "Çin dövlət başçılarımız arasında əldə olunmuş mühüm razılaşmaların tam həyata keçirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır".

Son xəbərlər

Bütün Xəbər Lenti