"Khiva Gilam Kombinati" Azərbaycandan 7,5 milyon dollarlıq sifarişlər alıb

Media
  • 05 noyabr, 2025
  • 18:16
Khiva Gilam Kombinati Azərbaycandan 7,5 milyon dollarlıq sifarişlər alıb

Özbəkistanın Xivə şəhərində fəaliyyət göstərən "Khiva Gilam Kombinati" xalça müəssisəsi Azərbaycandan 7,5 milyon dollar dəyərində sifarişlər alıb.

"Report"un müxbiri bildirir ki, bu barədə Özbəkistana təşkil olunmuş media-tur çərçivəsində müəssisəni ziyarət edən Azərbaycanın mətbuat nümayəndələrinə kombinatın direktor müavini Oktem Rahimov məlumat verib.

Onun sözlərinə görə, 2020-ci ildə aparılan modernləşdirmə işlərindən sonra fabrikin gücü əhəmiyyətli dərəcədə artıb və hazırda burada ayda təxminən 750 min kvadratmetr xalça istehsal edilir. Məhsulun əsas həcmi Azərbaycan, Rusiya, Almaniya və Çinə ixrac olunur.

Müəssisə 1977-ci ildə təsis edilib və Özbəkistanın ən böyük xalça istehsalı müəssisələrindən biridir. Onun ümumi sahəsi 11,8 hektardır, istehsal obyektləri 4,7 hektar ərazidə yerləşir.

Müəssisədə illik 2,2 milyon kvadratmetrə yaxın xalça məhsulları istehsal olunur.

Səfər zamanı jurnalistlər texnoloji proses və müasir avadanlıqlarla tanış olub, eləcə də hazır məhsulların nümayiş olunduğu "şou-rum"a baş çəkiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti