Kuala-Lumpur meri: "Azərbaycanın təşəbbüsləri "lokal-qlobal" sinerjinin nümunəsidir"

İnfrastruktur
  • 17 oktyabr, 2025
  • 11:06
Kuala-Lumpur meri: Azərbaycanın təşəbbüsləri lokal-qlobal sinerjinin nümunəsidir

Azərbaycanın həyata keçirdiyi təşəbbüslər, o cümlədən davamlı və sağlam şəhərlərin yaradılmasına çoxsektorlu yanaşmalar "lokal-qlobal" prinsipinin praktik sinerjisinin parlaq nümunəsidir.

"Report" xəbər verir ki, bunu Malayziyanın paytaxtı Kuala-Lumpurun meri Maymuna Mohd Şarif (Maimunah Mohd Sharif) III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) üçüncü günündə bildirib.

Onun sözlərinə görə, bu forum onun qəlbində xüsusi yer tutur, çünki Azərbaycanda sözügedən tədbirin keçirilməsi ideyası ilk dəfə onun BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru vəzifəsində olduğu dövrdə irəli sürülüb.

"Mən Azərbaycanın bu ideyanı həyata keçirmək üçün göstərdiyi səyləri və regionda yeni gündəliyin irəlilədilməsində dəyişməz liderliyinizi yüksək qiymətləndirirəm. Hazırkı forumun mövzusu - "İqlim dəyişikliyinə dayanıqlıq və sağlam şəhərlər" son dərəcə aktualdır", - mer qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti