İş adamı: Orta Dəhlizdə ən böyük çətinlik tranzit marşrutlarında siyasi maneələrdir

İnfrastruktur
  • 25 sentyabr, 2025
  • 14:59
İş adamı: Orta Dəhlizdə ən böyük çətinlik tranzit marşrutlarında siyasi maneələrdir
Ülvi Ocaqlı

Azərbaycanın Orta Dəhlizdə ən böyük çətinliyi tranzit marşrutlarında siyasi maneələrdir.

"Report" xəbər verir ki, bunu Sara Logistika Mərkəzinin direktoru Ülvi Ocaqlı Bakıda "Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika" mövzusunda keçirilən tədbirdə bildirib.

"Azərbaycan bu gün geosiyasi mövqeyinə görə mühüm nəqliyyat qovşağıdır. Rusiya ilə Qərb arasındakı gərginlik səbəbindən tranzit marşrutlarında zaman-zaman siyasi maneələr yaranır. Bu, Orta Dəhlizdən istifadə edən logistika şirkətlərinin əsas problemi olaraq qalır. Xüsusilə Rusiya ərazisindən keçən ixrac marşrutlarında Azərbaycan üzərindən Gürcüstana tranzit zamanı çətinliklərlə üzləşən şirkətlərin sayı çoxdur", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti