Eldar Salahov: "Bakı limanından Çin avtomobillərinin və ehtiyat hissələrinin daşınmasında böyük artım var"

İnfrastruktur
  • 18 dekabr, 2025
  • 12:26
Eldar Salahov: Bakı limanından Çin avtomobillərinin və ehtiyat hissələrinin daşınmasında böyük artım var

Bakı Beynəlxalq Dəniz Limanına gələn yüklərin əsas istiqaməti Şərqdən Qərbədir.

"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yüklərin təxminən 38-40 %-i Çindən gələn idxal və tranzit yükləridir:

"Xüsusilə son zamanlar Çin istehsalı olan avtomobillərin və ehtiyat hissələrinin daşınmasında böyük artım müşahidə olunur. Bununla yanaşı, İsveçrə, Türkiyə, Qazaxıstan, Özbəkistan və Gürcüstan kimi ənənəvi ticarət tərəfdaşlarımızla da əməkdaşlığımız genişlənir".

Son xəbərlər

Bütün Xəbər Lenti