EBRD Ukraynada mənzil və kommunal xidmətləri dəstəkləyəcək

İnfrastruktur
  • 21 may, 2026
  • 17:31
EBRD Ukraynada mənzil və kommunal xidmətləri dəstəkləyəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Ukraynada mənzil və kommunal xidmətləri dəstəkləyəcək.

"Report" xəbər verir ki, bunu bankın Dayanıqlı İnfrastruktur Qrupunun (SIG) direktor müavini və qrup rəhbərinin müavini Lin Oqredi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlerin yenidən qurulması və Gələcək Şəher" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bank Ukraynada yalnız mənzil sektorunu deyil, onunla əlaqəli bütün kommunal infrastrukturu dəstəkləməyə davam edəcək: "Biz mənzil məsələləri ilə yanaşı, mərkəzləşdirilmiş istilik sistemləri, su təchizatı və nəqliyyat sahələrini də dəstəkləyirik. EBRD Ukrayna şəhərləri ilə sıx əməkdaşlıq edən xüsusi komandalar formalaşdırıb".

EBRD nümayəndəsi bildirib ki, bank Ukraynanın bərpasında uzunmüddətli tərəfdaş rolunu davam etdirəcək.

O, çıxışı zamanı EBRD-ni Ukrayna üçün "güclü müttəfiq, dəstəkçi və maliyyə tərəfdaşı" adlandırıb.