Bakının Göyüş Qarayev küçəsi təmir edilir
İnfrastruktur
- 29 sentyabr, 2022
- 12:38
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki Göyüş Qarayev küçəsinin təmirinə başlayıb.
“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, uzunluğu 290 metr olan adıçəkilən küçənin təmir işləri çərçivəsində köhnə örtüyün sökülərək kənara daşınması, mövcud piyada səkilərinin bərpası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunur.
2021-ci ildə Səbail rayonu üzrə ümumilikdə 9 kilometrə yaxın küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 kilometr təşkil edən küçələrin təmiri işləri aparılır.
Son xəbərlər
21:50
DÇ-2026: Braziliya - Yaponiya oyununda ilk hissə bitib - YENİLƏNİR-2
Futbol21:44
İran yaxın günlərdə ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır - YENİLƏNİB
Region21:34
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatının ilk günündə 5 medal qazanıblar
Fərdi21:30
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb
Region21:15
Foto
Qazaxıstanla Almaniya energetika və kritik minerallar sahələrində əməkdaşlığı müzakirə edib
Region21:09
Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər
Digər ölkələr21:02
Hayk Koncoryan və Vaaqn Aleksanyan Ermənistan parlamentinin sədr müavinliyinə namizəd irəli sürülüblər
Region20:55
Video
"Türk Dünyası Həftəsi"nin ilk gününün icmal videosu yayılıb
Xarici siyasət20:52