Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər
Digər ölkələr
- 29 iyun, 2026
- 21:09
İsrail öz ərazisinə raket zərbələri endiriləcəyi təqdirdə, İranla müharibəni "elə sabah" bərpa edə bilər.
"Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatların bərpası iki ssenaridə mümkündür: ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqları nəticəsiz və tükənmiş hesab edərsə və ya İran İsrailə raket zərbəsi endirərsə.
"Əgər İran İsrailə raketlər atarsa, İsrail güclə cavab verəcək. Biz İranın İsrailə atəş açdığı heç bir vəziyyəti qəbul etməyəcəyik. Bu həmçinin ABŞ-nin diqqətinə çatdırılıb. İMQ tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var", - Kats bildirib.
Son xəbərlər
07:04
Foto
DÇ-2026: Niderland – Mərakeş oyununda əlavə vaxt başlayıb – YENİLƏNİR-6
Futbol06:46
Aİ-də rusiyalılara turist vizalarının verilməsinə tam qadağa müzakirə olunur
Digər ölkələr06:14
Britaniya qaçqınlardan 10 min funt sterlinq kompensasiya ödəməyi tələb edəcək
Digər ölkələr05:37
Qustavo Alfaro: "Paraqvay millisi əziyyət çəkmədən heç nəyə nail ola bilmir"
Futbol05:30
Yulian Naqelsman: "Oyunun taleyini penaltilərə qalmadan həll etməli idik"
Futbol05:18
Tramp neft şirkətlərindən ölkədə benzinin qiymətini aşağı salmağı tələb edib
Digər ölkələr04:50
London hərbi dronların inkişafına 5 milyard funt sterlinqdən çox vəsait ayıracaq
Digər ölkələr04:17
Türkiyədə mikroavtobusla avtomobil toqquşub, çox sayda yaralı var
Region03:56