Bakıda 8 ayda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb

İnfrastruktur
  • 24 sentyabr, 2025
  • 16:32
Bakıda 8 ayda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 91,5 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Bu barədə "Report"a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən 8 ay ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,5 %-ini inşaat, yenidənqurma və bərpa, 6,8 %-ini əsaslı təmir, 3,7 %-ini cari təmir, 3 %-ini isə sair tikinti işləri təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,8 %-ini inşa, yenidənqurma və bərpa, 8 %-ini əsaslı təmir, 5,6 %-ini cari təmir, 3,6 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,6 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti