Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb
- 24 fevral, 2021
 - 13:20
 
                            
                            
                        Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə yeni açıqlama yayıb.
“Report” açıqlamanı təqdim edir:
S/
| 			 s  | 						 Yolun adı (istiqamətlə)  | 						 Mövcud vəziyyəti  | 		
| 			 1  | 						 Bakı - Quba - Rusiya ilə dövlət sərhədi  | 						 Hal-hazırda marşrut boyu yağıntı yoxdur. Quba-Qusar ərazisində 5-7 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  | 		
| 			 2  | 						 Giləzi - Xızı  | 						 Hal-hazırda zəif qar yağır, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı ilə səpilmə işləri həyata keçirilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub.  | 		
| 			 3  | 						 Bakı - Qobustan  | 						 Zəif qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda 3-4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  | 		
| 			 4  | 						 Qobustan - Şamaxı - Muğanlı  | 						 Qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  | 		
| 			 5  | 						 Muğanlı - Ağsu - Yevlax  | 						 Zəif qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Muğanlı ərazisində və Ağsu dolaylarında 4-5 dərəcə şaxta var. Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  | 		
| 			 6  | 						 Bakı - Ələt - Hacıqabul  | 						 Yağıntı yoxdur, yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  | 		
| 			 7  | 						 Hacıqabul - Ucar - Yevlax  | 						 Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.  | 		
| 			 8  | 						 Yevlax - Gəncə - Qazax - Gürcüstan ilə dövlət sərhədi  | 						 Yolun Yevlax-Qazax hissəsində zəif qar yağır. 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 
  | 		
| 			 9  | 						 Muğanlı - İsmayıllı  | 						 Zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun kənarlarında qarın qalınlığı 20-25 sm təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  | 		
| 			 10  | 						 İsmayıllı - Qəbələ - Oğuz- Şəki  | 						 Marşrut boyu hazırda zəif qar yağır. Yolun İsmayıllı-Qəbələ hissəsində 4-5 dərəcə şaxta var. İsmayıllı rayonu ərazisində qarın qalınlığı 10-15 sm, Qəbələ rayonu ərazisində 12-15 sm, Oğuz rayonu ərazisində isə 2-4 sm təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. 
  | 		
| 			 11  | 						 Şəki - Qax - Zaqatala - Gürcüstan ilə dövlət sərhədi  | 						 Zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 
  | 		
| 			 12  | 						 Yevlax – Şəki (Göybulaq)  | 						 Zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 
  | 		
| 			 13  | 						 Gəncə - Daşkəsən - Xoşbulaq  | 						 Zəif qar yağır, 1-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  | 		
| 			 14  | 						 Şəmkir - Gədəbəy  | 						 Gədəbəy ərazisində hazırda yağıntı yoxdur. Şəmkir ərazisində zəif qar yağır. Yasamal aşırımında qarın qalınlığı 2-3 sm təşkil edir. 1-2 dərəcə şaxta var. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  | 		
| 			 15  | 						 Ələt – Astara – İran ilə dövlət sərhədi  | 						 Masallı rayonu ərazisində sulu qar, Lənkəran rayonu ərazisində zəif qar və Astara rayonu ərazisində güclü qar yağır, şaxta 2 dərəcə təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.  | 		
| 			 16  | 						 Masallı – Yardımlı  | 						 Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Yardımlı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.  | 		
| 			 17  | 						 Lənkəran – Lerik  | 						 Lənkəran rayonu ərazisində zəif qar yağır, 3-5 dərəcə şaxta var. Lerik rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir .  | 		
| 			 18  | 						 Hacıqabul – Bəhramtəpə – Horadiz  | 						 Yolun İmişli rayonu ərazisindən keçən hissəsinə zəif qar yağır, hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.  |