Azərbaycanda qatarlarla 11 minə yaxın xarici turist səfər edib

İnfrastruktur
  • 08 sentyabr, 2025
  • 11:25
Azərbaycanda qatarlarla 11 minə yaxın xarici turist səfər edib

Yay aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin qatarları ilə 10 min 955 turist səfər edib.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib. 

Məlumata əsasən, ADY ilə bu yay səfər etmiş xarici sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 % çox olub.