Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 8 %-ə yaxın artıb
İnfrastruktur
- 15 noyabr, 2025
- 16:52
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 7 milyon 724,7 min ton təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 560,5 min ton və ya 7,8 % çoxdur.
Məlumata əsasən, yüklərin 48,1 %-i neft yükləri olub.
Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 198,3 milyon ton olub. Yüklərin 3,9 %-i dəniz yolu ilə daşınıb.
Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 2 900 nəfər və ya 12 % azalaraq 21,3 min nəfər olub.
Son xəbərlər
22:54
Qərbi Azərbaycan İcması ABŞ-ın vitse-prezidentinə bəyanat ünvanlayıb
Xarici siyasət22:38
Foto
Bakıda təşkil olunan badminton üzrə beynəlxalq turnir başa çatıb
Fərdi22:32
Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb - Göygöldəki qətlin təfərrüatı - YENİLƏNİB
Hadisə22:31
Vitali Stepanovski: "Sabah"la oyunda səhvlərə yol verdik və şanslarımızı dəyərləndirə bilmədik"
Komanda22:19
Londondan Dehliyə uçan təyyarə Bakıda məcburi eniş edib
Hadisə22:01
Norveçli idmançı İtaliyada olimpiya rekordunu yeniləyib
Fərdi21:40
Foto
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar
Daxili siyasət21:36
Rəşad Sadıqov: "Sumqayıt"la matçda top fərqi daha böyük ola bilərdi"
Futbol21:31