Bakıda təşkil olunan badminton üzrə beynəlxalq turnir başa çatıb

Fərdi
  • 08 fevral, 2026
  • 22:38
Bakıda təşkil olunan badminton üzrə beynəlxalq turnir başa çatıb

Bakıda keçirilən badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirinə yekun vurulub.

"Report" Azərbaycan Badminton Federasiyasına istinadən xəbər verir ki, 33 ölkədən 347 idmançının qatıldığı "International Challenge" kateqoriyalı yarışın son günündə beş kateqoriya üzrə qaliblər müəyyənləşib.

Azərbaycan Texniki Universitetinin İdman Sarayında təşkil olunan turnirin kişilər arasında şəxsi yarışında polşalı Dominik Kvinta, qadınlarda isə hindistanlı Devika Sihaq bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.

Kişi badmintonçuların qoşa yarışında İngiltərə təmsilçiləri Aleks Qrin - Zaks Russ tandemi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınların qoşa mübarizəsində Yaponiya cütlüyü - Miku Suqiyama və Natsumi Takasaki turnirin qalibi olub.

Qarışıq qoşa kateqoriyasında isə Hindistan idmançıları Satvik Reddi Kanapuram - Radhika Şarma tandemi baş mükafata yiyələniblər.

Sonda qalib və finalçıları medal, eləcə də pul mükafatları ilə təltif ediliblər. Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov iştirak ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti