Azərbaycana yükləri avtomobildən dəmir yollarına keçirmək üçün quru limanlarını inkişafı təklif olunub

İnfrastruktur
  • 05 dekabr, 2025
  • 14:20
Azərbaycana yükləri avtomobildən dəmir yollarına keçirmək üçün quru limanlarını inkişafı təklif olunub

Azərbaycan nəqliyyat sektorunun dekarbonizasiyasını sürətləndirmək üçün quru limanları şəbəkəsini inkişaf etdirməlidir.

"Report" xəbər verir ki, b bunu Asiya İnkişaf Bankının (ADB) energetika üzrə mütəxəssisi Kanbin Çjen "Azərbaycan Dəmir Yolları" QSC-nin dekarbonizasiya üzrə layihəsinin təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, quru limanlarının inkişafı təkcə "Azərbaycan Dəmir Yolları" səviyyəsində deyil, ölkənin bütün nəqliyyat sektorunda emissiyaların azaldılmasına mühüm töhfə olacaq.

"Bizim ilkin qiymətləndirməmizə görə, Azərbaycanda yük maşınları orta hesabla təxminən 240 kilometr məsafə qət edir. Bu yolu qısaltmaq olar: 40 kilometr - quru limanına qədər, qalan 200 kilometri isə dəmir yolu ilə göndərmək olar. Hətta bu 40 kilometr də elektrikli yük avtomobilləri ilə təmin edilə bilər. Elektrik yük maşınları həm ADY-ə, həm də ADY-nin müqavilə bağlaya biləcəyi kənar logistika şirkətlərinə məxsus ola bilər. Bu, yükləri avtomobil yollarından dəmir yollarına keçirərkən son mil məsələsini səmərəli şəkildə həll etməyə imkan verəcək", - K.Çjen qeyd edib.

ADB-nin energetika üzrə mütəxəssisi bildirib ki, əslində, Azərbaycan artıq quru limanlarının inkişafı öhdəliyini üzərinə götürüb.

Son xəbərlər

Bütün Xəbər Lenti