Azərbaycan şəhərsalma üzrə milli standartlarını beynəlxalq tələblərə uyğunlaşdırır
- 18 mart, 2026
- 11:13
Müasir şəhər mühitinin formalaşdırılması, dayanıqlı nəqliyyat sistemlərinin qurulması və rəqəmsal yanaşmaların tətbiqi bu gün ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindəndir.
"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Baş direktorunun müavini Kəmalə Məmmədzadə "AZS ISO 20121:2026Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatında bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada sürətlə modernləşən, eyni zamanda öz qədim irsini qoruyan ölkələrdən biridir: "İnanırıq ki, şəhərsalma və memarlıq ili çərçivəsində atılacaq addımlar gələcək nəsillərə fəxr edəcəkləri möhtəşəm bir miras qoyacaq. Bu kontekstdə standartlaşdırma xüsusi əhəmiyyət daşıyır. Bu il çərçivəsində qarşımızda duran ən mühüm vəzifələrdən biri də şəhərsalma istiqamətində milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır."