ASCO-nun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

İnfrastruktur
  • 05 sentyabr, 2025
  • 18:06
ASCO-nun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

Bu barədə "Report"a ASCO-dan məlumat verilib.

Bildirilib ki, iclasda ASCO-nun inkişaf istiqamətləri, ümumi fəaliyyət planı və gündəlikdə olan məsələləri ilə bağlı müzakirə aparılıb, müvafiq qərarlar qəbul edilib.

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nin (AZCON) əsas hədəfləri onun idarəetməsinə verilmiş dövlət müəssisələrində müasir korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsini, eləcə də bu müəssisələrin rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasını təmin etməkdir.