Anar Quliyev: "Yanaşmamızın mərkəzində iqlimədavamlılığın təmin edilməsi dayanır"

İnfrastruktur
  • 01 oktyabr, 2025
  • 14:58
Anar Quliyev: Yanaşmamızın mərkəzində iqlimədavamlılığın təmin edilməsi dayanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanaşmasının mərkəzində iqlimədavamlılığın təmin edilməsi dayanır.

"Report" xəbər verir ki, bunu Komitənin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) 3-cü günündə deyib.

Onun sözlərinə görə, Bakının Baş Planı bu yanaşmanın bariz nümunəsidir: "Bu plan dayanıqlı urban inkişafına bütöv yanaşmanı əks etdirərək çoxmərkəzli planlaşdırmanı, ərazi zonalaşmasını, mədəni və memarlıq irsinin qorunmasını, davamlı torpaq istifadəsini özündə birləşdirir və ətraf mühitə cavabdeh, inklüziv şəhərin qurulmasına xidmət edir".

Sədr əlavə edib ki, şəhərlərin ekoloji çağırışlarının həlli koordinasiyalı addımlar tələb edir: "Bu məqsədlə COP29 zamanı keçirilən Urbanizasiya Günündə biz "Davamlı və Sağlam Şəhərlər üçün Çoxsektorlu Fəaliyyət Yolları" (MAP) təşəbbüsünü təqdim etdik. Bu təşəbbüs müxtəlif sektorları bir araya gətirərək şəhərlərimizi daha davamlı, sağlam və dayanıqlı etmək üçün praktik həllər tətbiq etməyə yönəlib. MAP-ın əsas diqqəti onun davamlılıq yanaşmasındadır".

Son xəbərlər

Bütün Xəbər Lenti