Anaklaudiya Rossbax: Bakıda WUF13-də Qahirədəki iştirakçı sayı qədər qonaqların olacağına ümid edirik
- 26 dekabr, 2025
- 12:38
Bakıda keçirilməsi planlaşdırılan WUF13 forumu üçün beynəlxalq səviyyədə maraqlı tərəflərin cəlb edilməsi prosesi başlayıb.
Bunu "Report"un ABŞ bürosuna müsahibəsində Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşması Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudiya Rossbax deyib.
"Biz istəyirik ki, WUF həqiqətən maraqlı tərəflərin tədbiri olsun", - o qeyd edib.
A.Rossbax vurğulayıb ki, Azərbaycanda olarkən, milli səfərbərliyi təmin edəcək və impuls yaradacaq Azərbaycan Şəhər Kampaniyasını da başlayıblar.
"Biz həqiqətən istəyirik ki, Dünya Şəhər Forumu fəaliyyət göstərdiyimiz ölkələrdə və şəhərlərdə iz qoysun və Dünya Şəhər Forumunun özündən əvvəl keçirilən Bakı Şəhər Həftəsinə impuls versin. Çox işlər görülüb, amma gedəcəyimiz uzun bir yol var".
O bildirib ki, keçən il Qahirədə keçirilən WUF tədbirində təxminən 25 min iştirakçı olub və Bakıda da buna bənzər bir rəqəmə çatmağı ümid edirlər.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.