ADSEA və "SOCAR Green" enerji effektivliyi müqaviləsi və niyyət razılaşması imzalayıb

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 13:01
ADSEA və SOCAR Green enerji effektivliyi müqaviləsi və niyyət razılaşması imzalayıb

II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və "SOCAR Green" MMC arasında əməkdaşlıq çərçivəsində enerji effektivliyi müqaviləsi və niyyət razılaşması imzalanıb.

"Report" xəbər verir ki, əməkdaşlıq çərçivəsində enerji effektivliyi tədbirlərinin təşkili, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, həmçinin birgə iş planının hazırlanması və müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, bu təşəbbüs su sektorunda enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin tətbiqinin genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Əməkdaşlıq çərçivəsində enerji effektivliyi müqaviləsi və niyyət razılaşmasını ADSEA-nın sədrinin birinci müavini Xəyyam Məmmədov və "SOCAR Green" MMC-nin İdarə Heyətinin sədri Elmir Musayev imzalayıblar.