Xəstəxanaya yerləşdirilən Ramiz Quliyevin son durumu açıqlanıb
İncəsənət
- 30 sentyabr, 2025
- 14:53

Xəstəxanaya yerləşdirilən Xalq artisti tarzən Ramiz Quliyevin səhhətində müsbət irəliləyiş hiss olunur.
Bunu "Report"a açıqlamasında ustad tarzənin oğlu Əməkdar artist Əyyub Quliyev deyib.
Onun sözlərinə görə, hazırda müalicə prosesi davam etdirilir:
"Ola bilər ki, iki-üç gün sonra evə buraxılsın. Doğrudur, bu barədə həkimlər hələ tam qərar verməyib. Amma ümumi müşahidələr belə göstərir ki, analizlərin nəticəsi müsbətə doğru dəyişir, orqanizm bərpa olunur", - o əlavə edib.
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Sənətkarın müalicə prosesini Heydər Əliyev Fondu nəzarətə götürüb.
Son xəbərlər
22:47
Futzal üzrə Azərbaycan Yüksək Liqasında III turun oyunları keçirilib
Komanda22:35
Maya Sandu: Azərbaycan Prezidentini Ermənistanla sülh yolunda mühüm addımlarla bağlı təbrik etdim
Xarici siyasət22:23
Putin: Qəzzada idarəetmə Mahmud Abbasa aid administrasiyaya verilməlidir
Region22:04
Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq
Energetika21:57
Mərakeşin Baş naziri: Gənclərin etirazlarına son qoymaq üçün dialoqa hazırıq
Digər ölkələr21:44
Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tədarükü 2025-ci ildə 1,7 milyon tona çatacaq
Energetika21:28
Venesuelanın XİN başçısı: Azərbaycanın xarici siyasəti çox güclüdür - EKSKLÜZİV
Xarici siyasət21:18
Putin ABŞ ilə normallaşmanı milli prioritet adlandırıb
Digər ölkələr21:05
Foto