Putin ABŞ ilə normallaşmanı milli prioritet adlandırıb

Digər ölkələr
  • 02 oktyabr, 2025
  • 21:18
Putin ABŞ ilə normallaşmanı milli prioritet adlandırıb

Rusiya Prezidenti Vladimir Putin ABŞ ilə tamhüquqlu münasibətlərin bərpasının ölkənin milli maraqlarına uyğun olduğunu bəyan edib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında bildirib.

Putin Donald Trampın hazırkı ABŞ administrasiyasının etdiyi kimi, öz prioritetləri əsasında hərəkət etməyin rasional olacağını bildirib. Rusiya lideri qeyd edib ki, o, ABŞ-nin hazırkı düzxətli siyasətinə rəğbət bəsləyir.

"Hər kəs bunu rəhbər tutsa, öz diqqətini özünə cəmləsə və vaxtını lazımsız ambisiyalara sərf etməsə, başqaları ilə dil tapmaq asan olar. Rusiyanın ABŞ ilə hazırkı qarşılıqlı əlaqəsini buna misal göstərə bilərəm", - Putin qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiya və ABŞ arasında çoxlu fikir ayrılıqları var və onların bir çox məsələlərdə baxışları fərqlidir və bu, böyük dövlətlər üçün tamamilə təbiidir.

Son xəbərlər

Bütün Xəbər Lenti