Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB
- 16 oktyabr, 2025
- 13:52

Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunub.
"Report" xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Daha sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn olunub.
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatıb.
"Report" xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, deputatlar, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak ediblər.
Vida mərasimində çıxışçılar ustad tarzənin mədəni irsinə və şəxsiyyətinə ehtiramlarını ifadə ediblər.
Mərasimin ardınca mərhumun meyiti dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.
Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
"Report" xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.
Xatırladaq ki, Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev oktyabrın 15-də 78 yaşında vəfat edib.