Ayxan Abbasov: "Heyətdə çox dəyişiklik edə bilmirik"

Futbol
  • 16 fevral, 2026
  • 17:06
Ayxan Abbasov: Heyətdə çox dəyişiklik edə bilmirik
Ayxan Abbasov

"Şamaxı" komandası çempionat oyunları zamanı heyətdə çox dəyişiklik edə bilmir.

"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.

Mütəxəssis "Turan Tovuz"la qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının XX turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Mübarizəli, maraqlı oyun oldu. Rəqib bura qələbə üçün gəlmişdi. Ötən tur acı məğlubiyyət yaşadıq. XVII turda "Qəbələ"yə məğlub olduqdan sonra komanda yaxşı performans göstərir. Ard-arda "Qarabağ"la iki dəfə oynadıq. Heyətdə çox da dəyişiklik edə bilmirik. Futbolçularımdan razı qaldım".

A.Abbasovun sözlərinə görə, oyuna köklənmələri yüksək səviyyədə olub:

"Birinci hissədə daha yaxşı oynadıq. Üstünlük bizdə idi. Kərim Rossi ilə Abdulla Rzayev düzgün qərar versəydilər, hesabı aça bilərdik. Komandam rəqibin standart vəziyyətləri zamanı yaxşı oynadı. Bizim üçün hər xal önəmlidir. Qarşıdakı oyunlara hazırlaşacağıq".

Son xəbərlər

Bütün Xəbər Lenti