"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni aparat rəhbəri təyin olunub
İncəsənət
- 29 oktyabr, 2025
- 16:10
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni aparat rəhbəri təyin olunub.
"Report" xəbər verir ki, bu vəzifəyə Yuliya Oleqovna Pasternak təyinat alıb.
Xatırladaq ki, bundan əvvəl həmin vəzifəni Fuad Xəlilov icra edib. Onun İdarə Heyətinin üzvü təyin olunmasından sonra bu vəzifəyə Y.Pasternak seçilib.
Qeyd edək ki, yeni aparat rəhbəri əmək fəaliyyətinə 2009-cu ildə başlayıb, 11 il ərzində ölkənin bank sektorunda maliyyə və mühasibatlıq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2020-2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinə rəhbərlik edib, daha sonra Qoruq İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində işləyib.
Son xəbərlər
20:00
Tramp: Venesuelada Maduronun ələ keçirilməsi əməliyyatı barədə məlumatlı idilər
Digər ölkələr19:53
G7 dövlətlərinin maliyyə nazirləri Vaşinqtonda nadir metalların tədarükünü müzakirə edəcəklər
Digər ölkələr19:53
"Bavariya" yoxlama oyununda Avstriya klubuna qalib gəlib
Futbol19:50
Avropa ölkələri Ukraynaya 30 min sülhməramlı göndərməyi planlaşdırır
Digər ölkələr19:43
SEPAH: Ordunun 400 bölməsi tam döyüş hazırlığı vəziyyətinə gətirilib
Region19:27
Bakı metrosunda NFC ilə ödənişlərin payı 24 %-ə yaxınlaşıb
İnfrastruktur19:23
Yelisey sarayında "İstəklilər koalisiyası"nın görüşü başlayıb
Digər ölkələr19:22
Suriyada toqquşmada dörd nəfər ölüb
Digər ölkələr19:05