Tramp: Venesuelada Maduronun ələ keçirilməsi əməliyyatı barədə məlumatlı idilər

Digər ölkələr
  • 06 yanvar, 2026
  • 20:00
Tramp: Venesuelada Maduronun ələ keçirilməsi əməliyyatı barədə məlumatlı idilər

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Karakasda Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyatdan xəbərdar idilər.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Tramp bunu Con Kennedi İncəsənət Mərkəzində respublikaçı konqresmenlərlə görüş zamanı deyib.

"ABŞ bir daha sübut etdi ki, planetin ən güclü və ən qüdrətli ordusuna malikdir", - Tramp bildirib.

O, Venesuelaya hücum zamanı amerikalı hərbçilər tərəfindən çoxlu sayda insanın öldürülməsindən təəssüf hissi keçirdiyini əlavə edib.

ABŞ lideri, həmçinin Maduronu "qəddar adam" adlandırıb.

Venesuela Prezidenti Nikolas Maduro yanvarın 5-də Nyu-York məhkəməsi qarşısına çıxarılıb. Məhkəmədə o özünü günahsız elan edib və hələ də ölkəsinin prezidenti olduğunu bildirib. ABŞ məhkəməsi Venesuela konsulluq əməkdaşlarının onu ziyarət etməsinə razılıq verib. Hakim növbəti iclasın 17 martda keçiriləcəyini açıqlayıb.

Tramp yanvarın 3-də bəyan edib ki, ABŞ Venesuelaya uğurlu genişmiqyaslı zərbə endirib. O, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutulduğunu və ölkə ərazisindən çıxarıldığını qeyd edib.