Azərbaycan 11 ayda özünüməşğulluq proqramına 17 minə yaxın şəxsi cəlb edib
Biznes
- 18 dekabr, 2025
- 10:43
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda özünüməşğulluq proqramına 16,5 min nəfər cəlb olunub.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayaq" mükafatının təqdim olunması mərasimində bildirib.
"Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfat yaratmaq üçün aktivlər verilir. 8,7 min nəfər kənd təsərrüfatı üzrə, 7,8 min nəfər istehsal və xidmət üzrə proqrama cəlb edilib. Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Məşğulluğa dəstək" layihəsi də uğurla icra olunur. Layihənin birinci fazasında 26 min nəfər aktivlərlə təmin edilib, 2026-2029-cu illəri əhatə edəcək ikinci faza üzrə isə daha 30 min benefisiara dəstək göstəriləcək", - deyə o qeyd edib.
Son xəbərlər
23:44
Foto
Fermerlər Brüsseldə Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
Digər ölkələr23:37
Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınıb
Energetika23:20
Fransanın mədəniyyət nazirinin evində korrupsiya işi ilə bağlı axtarış aparılıb
Digər ölkələr23:05
ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib
Xarici siyasət22:48
Tarixdə ilk dəfə qızılın unsiyası 4 400 dolları keçib
Maliyyə22:32
Zelenski Navrotski ilə görüşmək üçün Varşavaya səfər edib
Digər ölkələr22:24
Sabah Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Energetika22:16
Foto
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Daxili siyasət22:02