Tahir Mirkişili: "Büdcədə texnologiya sahəsinə maliyyə vəsaitinin artırılması zəruridir"
- 04 noyabr, 2025
 - 13:59
 
                            
                            
                        Büdcədə texnologiya sahəsinə maliyyə vəsaitinin artırılması zəruridir.
"Report" xəbər verir ki, bunu deputat Tahir Mirkişili bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2026-29-cu illərdə neft-qaz gəlirlərinin təqribən 10 % azalaraq sabitəşməsi gözlənilir: "Dövlət büdcəsi xərclərinin artımının dayanıqlı qeyri-neft-qaz gəlirləri hesabına təmin olunması fiskal dayanıqlığın qorunmasının əsas şərtlərindən biridir. Bu isə büdcə xərclərinin həm də texnoloji tutumunun artırılmasını zəruri edir. Məsələn, universitetlərə, elm institutlarına elmi tədqiqatlarla bağlı dövlət büdcəsindən əlavə maliyyə vəsaitinin ayrılmasının vacib olduğunu düşünürəm".