Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün "Böyük Dəbilqə" turnirində iştirak etməyib - YENİLƏNİB
- 20 iyun, 2026
- 10:13
Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin səbəbi bəlli olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı çəkisini sala bilmədiyi üçün yarışdan kənarda qalıb.
O, daha əvvəl bu ilin fevralında, Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "Böyük Dəbilqə" turnirində də eyni halla üzləşib.
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyib.
"Report"un məlumatına görə, olimpiya çempionu 1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmayıb.
H.Heydərovun hansı səbəbdən yarışdan kənarda qaldığı hələlik bəlli deyil.
Bu gün mübarizəyə qoşulan Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) ilk raundlarda məğlub olublar.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur. Ötən gün Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.