İRİA: Digital.finance platformasına 100-dən çox maliyyə institutu inteqrasiya edilib

İKT
  • 19 noyabr, 2025
  • 10:38
İRİA: Digital.finance platformasına 100-dən çox maliyyə institutu inteqrasiya edilib
Fərid Osmanov

Azərbaycanda digital.finance platformasına 104-dən çox maliyyə institutu inteqrasiya edilib.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda deyib.

O bildirib ki, bu günə qədər həmin məhsul üzərindən 300 milyona yaxın tranzaksiya mübadilə edilib: "Demək olar ki, hər gün maliyyə sektoru tərəfindən vətəndaşların tanınması üçün gündəlik əsasda 300 mindən artıq məlumat sorğulanmaqdadır. "MyGov" platformasının aylıq aktiv istifadəçi sayı artıq 800 min nəfəri keçib. İstifadəçilərin sayı 2 milyona çatıb".

F.Osmanovun sözlərinə görə, rəqəmsallaşma üzrə başlıca baxış dövlət çərçivəsində kağızsız hökumətə keçiddir: "Artıq qürur hissi ilə demək olar ki, dövlət qurumları arasında yazışmalar tam kağızsız formada həyata keçilir. Bu fəaliyyəti təmin edən başlıca məhsulumuz Rəqəmsal Sənəd Dövriyyəsi alt sistemidir. Bir neçə bankımız sistemə artıq integrasiya edib və aktiv şəkildə digər banklar tərəfindən də inteqrasiya prosesi hayata keçirilir".

Son xəbərlər

Bütün Xəbər Lenti