"EndeavorXR": Daha yüngül süni intellekt modellərinin yaradılmasına böyük investisiyalar qoyulmalıdır

İKT
  • 05 noyabr, 2025
  • 11:15
EndeavorXR: Daha yüngül süni intellekt modellərinin yaradılmasına böyük investisiyalar qoyulmalıdır

Daha az hesablama resursu istifadə edən, daha yüngül süni intellekt modellərinin yaradılmasına böyük investisiyalar qoyulmalıdır.

"Report" xəbər verir ki, bunu "EndeavorXR"in təsisçisi və CEO-su Ami Pek Bakıda keçirilən "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirinin II günündə bildirib.

O qeyd edib ki, datalar etibarlı və idarəolunan deyilsə işləməyəcək: "Siz dünyada ən yaxşı alətə sahib ola bilərsiniz, lakin heç kim ondan istifadə etmirsə, aydındır ki, o nəticə verməyəcək. Süni intellekt agentləri ilə əməkdaşlığımız barədə məni narahat edən şeylərdən biri odur ki, təşkilatımızdan kənarda ola bilən agentlərdən istifadə etməyə başladığımızda, biz bu agentlərin mənşəyini, onların idarəetmə standartlarını başa düşməliyik. Əgər biz bu siyasətləri təşkilat daxilində və hökumət səviyyəsində yaratmırıqsa, problemlərlə üzləşəcəyik".

Qonağın sözlərinə görə, rəhbərlər öz siyasətlərini daimi olaraq nəzərdən keçirmək və yeniləmək imkanına malik olmaq üçün çevik olmalıdır: "Bu gün biz eyni anda həm insan, həm də maşın dövrü içindəyik. Yeganə fundamental fərq avtomatlaşdırma səviyyəsidir. Yüksək avtomatlaşdırılmış, xüsusilə də agent optimallaşdırma strukturlarında insanı hansı məqamda prosesə daxil edəcəyimizi mütləq müəyyən etməliyik. Eyni zamanda süni intellektdən harada və hansı rolda (ikinci pilot kimi yoxsa) istifadə edəcəyimiz də mühüm əhəmiyyət kəsb edir".

Son xəbərlər

Bütün Xəbər Lenti