Dünya Bankı: Azərbaycan süni intellektin tətbiqi üçün server gücünü artırmalıdır

İKT
  • 07 oktyabr, 2025
  • 18:35
Dünya Bankı: Azərbaycan süni intellektin tətbiqi üçün server gücünü artırmalıdır

Azərbaycanda bir milyon nəfərə 550 server düşür.

"Report" Dünya Bankının hesabatına istinadən xəbər verir ki, Avropa və Mərkəzi Asiya regionunda süni intellektin (AI) tətbiqinə hazırlığın lazımi səviyyədə olmaması qismən də rəqəmsal infrastrukturun zəif inkişafı ilə əlaqədardır.

"AI infrastrukturunun mövcudluğu onun tətbiqinə hazırlıq üçün həlledici əhəmiyyətə malikdir, çünki qabaqcıl sistemlərin işlənib hazırlanması və istifadəsi ilə bağlı ölkənin imkanlarını müəyyən edir. Server sıxlığının daha yüksək olduğu ölkələr innovasiyalar sahəsində rəqabət aparmaq, startapları dəstəkləmək və səhiyyə, nəqliyyat və dövlət xidmətləri kimi sektorlarda AI həllərini tətbiq etmək üçün lazımi aparat bazasına malikdir", - sənəddə qeyd olunur.

Dünya Bankının məlumatına görə, server sıxlığı Mərkəzi Asiya ölkələrində, eləcə də Ermənistan, Albaniya, Monteneqro və Şimali Makedoniyada nisbətən aşağı olaraq qalır - hər milyon nəfərə orta hesabla 3 000-dən az server düşür.

"Xüsusilə Tacikistanda (hər bir milyon nəfərə 120 server) və Türkmənistanda (140 server) aşağı göstəricilər müşahidə olunur. Hətta regionda server sıxlığının ən yüksək olduğu ölkələr - Bolqarıstan (54 100), Polşa (37 300) və Xorvatiya (29 400) ABŞ-dən xeyli geri qalır ki, bu da rəqəmsal infrastrukturun inkişafı üçün böyük potensialın olduğunu göstərir", - hesabatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti