Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq

İKT
  • 05 mart, 2026
  • 19:54
Bakıda Oracle Mükəmməllik Mərkəzi yaradılacaq

Bakıda "Oracle" Mükəmməllik Mərkəzinin yaradılması planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Bunu R. Nəbiyev Böyük Britaniyaya səfəri çərçivəsində "Oracle" şirkətinin vitse-prezidentləri Ken Maklennan və Mark Nyuol ilə keçirdiyi görüşdə müzakirə edib.

O qeyd edib ki, görüş zamanı Azərbaycanla "Oracle" arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Nazirin sözlərinə görə, həmçinin Azərbaycanda suveren "bulud" həlləri, süni intellekt imkanları, Yeni Texnologiya, Süni İntellekt və Oyun İqtisadi Zonasının inkişafı üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti