Azərbaycanın İKT sektorunda məhsul istehsalı oktyabrda 22 %-dən çox artıb
İKT
- 14 noyabr, 2025
- 16:12
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 1 milyard 991 milyon manatlıq məhsul istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.
Təkcə oktyabrda isə bu sektorda 241 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 22,3 % çoxdur.
Bu ilin ilk 10 ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 1,9 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 106 milyard 435,4 milyon manatlıq və yaxud illik müqayisədə 1,3 % çox ÜDM istehsal olunub.
Son xəbərlər
21:03
Tramp İranla danışıqların təfərrüatlarını açıqlayıb
Digər ölkələr20:52
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edib
Futbol20:48
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər
Hərbi20:46
Tramp: ABŞ Ukraynadakı münaqişəni dayandırmaq üçün işləri davam etdirir
Digər ölkələr20:32
Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib
Hadisə20:18
Abbas Əraqçi Moskvada Putinlə görüşəcək
Region20:09
Foto
Andrey Babiş Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
Xarici siyasət19:59
Avarçəkənlərimiz "Paolo d"Aloja" turnirində iki medal qazanıb
İdman19:57