Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə texniki razılıq əldə edib

İKT
  • 21 oktyabr, 2025
  • 15:29
Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə texniki razılıq əldə edib

Azərbaycan və İran sərhədyanı ərazilərində mövcud və perspektivdə olan mobil rabitə şəbəkələrinin tənzimlənməsi məsələlərini müzakirə edib, zəruri texniki razılaşmalar əldə edib.

"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, qonşu ölkənin paytaxtı Tehranda tərəflər arasında keçirilmiş mobil rabitə şəbəkələrinin koordinasiyası üzrə görüşdə baş tutub.

Tərəflər həmçinin TV və FM radio yayımları, 700/800 MHs zolaqların boşaldılması üzrə 10-12 iyun 2025-ci il tarixində Bakıda əldə olunmuş razılaşmalar çərçivəsində görülən işləri müzakirə edib. Qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Görüşdə Azərbaycan tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də nazirlik yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Dövlət Radiotezliklər İdarəsi və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti