Azərbaycan İndoneziyadan smartfon alışını 4 dəfədən çox artırıb
- 13 oktyabr, 2025
- 16:36

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 261,6 milyon ABŞ dolları dəyərində 830 min 164 ədəd smartfon gətirilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 % çoxdur, kəmiyyət olaraq – 8 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 197 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 % çoxdur) 660 min 307 ədəd (-6 %), Vyetnamdan 58,8 milyon ABŞ dolları dəyərində (+20 %) 159 min 171 ədəd (+11 %), Hindistandan 5,7 milyon ABŞ dolları dəyərində (-56 %) 10 min 109 ədəd (-82 %), İndoneziyadan 85,2 min ABŞ dolları dəyərində (+4 dəfə) 320 ədəd (+4,3 dəfə), Cənubi Koreyadan 27,6 min ABŞ dolları dəyərində (-76 %) 230 ədəd (+2 dəfə) cihaz alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 1,5 milyon ədəd smartfonun 79,5 %-i Çinin payına düşüb.