Güləş üzrə ikiqat dünya çempionu: "Titulları qorumaq və sayını artırmaq lazımdır"
- 23 sentyabr, 2025
- 06:09

"Yarış çox çətin keçdi və ən gərgin görüşüm finalda baş tutdu. Çünki finalda fransız idmançı ilə üçüncü dəfə idi ki qarşılaşırdım".
"Report" xəbər verir ki, bunu Yunan-Roma güləşi üzrə ikiqat dünya çempionu Ülvi Qənizadə deyib.
"Ümid edirəm ki, əldə edilən nəticələrlə xalqımıza sevinc bəxş etdim. Əldə etdiyim nəticəyə arxayınlaşmamalıyam. Titulları qorumaq və sayını artırmaq lazımdır. İnanıram ki, bunu bacara biləcəm. Üzərimdə əziyyəti olan hər bir kəsə, federasiya rəhbərliyinə, məşqçilər korpusuna, həkimlərə, hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Ümid edirəm ki, gələcək yarışlarda onların ümidini doğruldacam".
Qeyd edək ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar.