Deputat müdafiə sahəsində elmi-tədqiqat və innovasiyalara vəsaitin artırılmasını təklif edib

Hərbi
  • 07 noyabr, 2025
  • 13:25
Deputat müdafiə sahəsində elmi-tədqiqat və innovasiyalara vəsaitin artırılmasını təklif edib
Səbinə Salmanova

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti illərdə müdafiə xərclərinin 1 və ya 2 %-nin elmi-tədqiqat və innovasiyalara, 2 və ya 3 %-nin isə kibermüdafiə, rabitə və kadr hazırlığına yönəldilməsini təklif edib.

"Report" xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin 2026-cı ilin dövlət büdcəsi ilə bağlı iclasında çıxış edən deputat qeyd edib ki, dünya artıq XXI əsrin "intellektual savaşları" dövrünə qədəm qoyub - burada silahın sayından çox, ağlın gücü, texnologiyanın üstünlüyü, süni intellektin tətbiqi həlledici rol oynayır.

"2026-cı il üçün "Müdafiə və milli təhlükəsizlik" bölməsi üzrə 8 milyard 714 milyon manat vəsait nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə 318,5 milyon manat çoxdur və ümumi büdcə xərclərinin 21%-ni təşkil edir".

Deputat bildirib ki, hazırda isə müdafiə sahəsində elmi-tədqiqat və innovasiya istiqamətlərinə ayrılan vəsait ümumi xərclərin 1%-ə belə çatmır:

"Halbuki, bu rəqəm müasir dövrdə daha çox ola bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti