Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib
Hərbi
- 02 dekabr, 2020
- 14:43
Dekabrın 2-də Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, müdafiə nazirinin müavini İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri Möhsin Fəxrizadənin qətlə yetirilməsi ilə əlaqədar səfirlikdə açılmış başsağlığı kitabını imzalayıb.
O, Azərbaycan Müdafiə Nazirliyi adından İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.
Son xəbərlər
23:43
Türkiyə PA: Hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbləri həssaslıqla araşdırılır
Region23:42
Video
Qərbi Azərbaycan Xronikası: 120 il əvvəl ləğv edilib xarabalığa çevrilən kənd
Region23:28
NATO Baş katibi təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib
Digər ölkələr23:12
Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini vəfat edib
Media23:10
KİV: Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub
Region23:09
"Hizbullah"ın baş katibi: Biz silahlarımızı yerə qoymayacağıq və döyüşdən əl çəkməyəcəyik
Digər ölkələr22:52
Mədəniyyət Nazirliyi bəzi media resurslarında yayılan saxta məlumatlara aydınlıq gətirib - YENİLƏNİB
Mədəniyyət siyasəti22:49
Yaşar Gülər azərbaycanlı və gürcüstanlı həmkarı ilə təyyarə qəzasını müzakirə edib
Xarici siyasət22:40