Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi sahədə əməkdaşlığın istiqamətləri müəyyən olunub
Hərbi
- 08 oktyabr, 2025
- 13:00

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan ilə Bosniya və Herseqovina Müdafiə nazirlikləri arasında "1-ci Qərargah danışıqları" keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müxtəlif idarələrin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın istiqamətləri müəyyən olunub. Tərəflər arasında 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi hazırlanıb.
Eyni zamanda, hər iki tərəfin təqdimatları əsasında ölkələrin Müdafiə nazirliklərinin strukturu və həyata keçirilən islahatlar haqqında ətraflı məlumatlar verilib.
Görüşdə birgə hərbi əməkdaşlığın bundan sonra da hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə edilib.
Son xəbərlər
14:56
Foto
Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşüb
Daxili siyasət14:53
Fransa millisinin futbolçusu hazırda ən yaxşı formada olduğunu düşünür
Futbol14:47
Nazir: İran sanksiyalara baxmayaraq neft hasilatı və ixracı artırıb
Region14:38
"Napoli"nin futbolçusu 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol14:34
TDT: Türk dövlətlərində halal turizm və sənaye davamlı iqtisadi inkişaf üçün geniş imkanlar yaradır
Biznes14:29
Banqladeş səfiri: Ölkələrimiz arasında vizaların ləğv edilməsi üçün təkliflər vermişik
Xarici siyasət14:28
Azərbaycan Omanla dayanıqlı iqtisadiyyata keçid mexanizmlərini müzakirə edib
Biznes14:21
Azərbaycanda dövlət qurumlarını hədəf alan bloklanmış saxta domen sayı 3 dəfə azalıb
İKT14:18